BakıVeb studiya2026

VitrinLab, Bakıda veb studiya. Saytınız vitrindir.

Saytlar, 3D təcrübələr, QR menyular və reklam videoları hazırlayırıq. Məqsəd birdir: müştəri dayanıb baxsın və yazsın.

Yanaşma

Müştəri saytınıza üç saniyə baxır. Bu müddətdə ya dayanır, ya çıxıb gedir. Biz dayandıran saytlar qururuq: hərəkətlə, işıqla və dəqiq sözlə.

0
iş bu səhifədə açılır: sayt, təqdimat, afişa
3
dil: AZ, RU, EN
3–7
iş günündə sadə satış saytı*
200 ₼
mini vizitka, başlanğıc qiymət*

* Şərtlər: xidmətlər bölməsinin altında.

Seçilmiş işlər

Sürüşdürün. İşə toxunun, bu səhifənin içində açılsın.

    01 / 07

    Sədəf Dental

    Klinika saytı

    Lab / 01

    Canlı QR menyu.

    Qonaq masadakı kodu oxudur, yeməyi görür və bir toxunuşla içində nə olduğunu: tərkiblər boşqabdan qalxıb havada ayrılır. Bu prototipi restoranlar üçün hazırlayırıq.

    Masa 7 · Çinar Lounge

      Və ya şəkli sağa sürüşdürün.

      SEO və GEO

      Tapılın.

      Axtarışda yuxarıda

      Müştəri “Bakıda stomatoloq” yazır. Sayt texniki cəhətdən təmiz, sürətli və düzgün işarələnibsə, siyahıda yuxarı qalxır.

      AI cavabında adınız

      İndi çoxları ChatGPT, Gemini və ya Perplexity-dən soruşur. GEO saytı elə qurur ki, süni intellekt cavab verəndə sizi mənbə kimi göstərsin.

      • Schema.org işarələmə
      • Google Biznes profili
      • Sürət və Core Web Vitals
      • FAQ və llms.txt
      • 3 dildə səhifələr

      Reklam videoları

      Hərəkətdə.

      Instagram, TikTok və Reels üçün. Çəkiliş komandası olmadan: kodla (Remotion) və AI ilə.

      Afişa və poster

      Divarda da.

      Kampaniya, bayram, açılış. Instagram postu və çap afişası bir dizaynda.

        Brend və təqdimat

        Jurnal, brend, slayd.

        Rəfdən bir kitab götürün. Hamısı brauzerdə açılır.

        Nə edirik

        Xidmətlər.

        1. 01

          3D və interaktiv sayt

          Scroll ilə hərəkət edən səhnələr, 3D məhsul, yadda qalan ilk ekran.

        2. 02

          Veb sayt və mağaza

          Restoran, klinika, salon, mağaza. 3 dildə, telefonda sürətli, səbət və WhatsApp sifarişi.

          Mini vizitka 200 ₼-dan · landing 450 ₼, ilk 3 müştəriyə 350 ₼ · biznes saytı 550 ₼ · mağaza 800 ₼

        3. 03

          Canlı QR menyu

          Yeməyin videosu, tərkibi bir toxunuşla, sifariş WhatsApp-a gedir.

          Sadə QR menyu 150 ₼-dan · videolu menyu fərdi

        4. 04

          SEO və GEO

          Google axtarışında və ChatGPT, Gemini cavablarında görünmək üçün texniki və mətn işi.

        5. 05

          Reklam videosu

          Məhsul, məkan və tədbir üçün qısa videolar və animasiyalı postlar.

          Video 60 ₼-dan

        6. 06

          Brend, afişa, təqdimat

          Loqo, poster, jurnal, slayd. Hamısı bir üslubda.

          Loqo 60 ₼-dan · poster 20 ₼-dan

        Qiymətlər başlanğıc qiymətdir və kütləvi oferta deyil: hər paketin tərkibi və düzəliş sayı təklifdə yazılır, ödəniş 50/50-dir. Domen ayrıca ödənilir. Müddət mətn və şəkillər tam verildikdən sonra hesablanır.

        Layihə başlat

        Yazın.

        Biznesinizi və nə istədiyinizi bir-iki cümlə ilə yazın. İş günlərində adətən eyni gün qiymət və ilk fikirlə cavab veririk.

        WhatsApp-da yaz